525.Az

"Fazil Sayın məhkəmə qarşısına çıxmamaq üçün hansı üstünlüyü var?"


 

"Fazil Sayın məhkəmə qarşısına çıxmamaq üçün hansı üstünlüyü var?"<b style="color:red"></b>

Türkiyə baş nazirinin müavini Bülənt Arınç pianoçu-bəstəkar Fazil Saya verilən cəzayla bağlı açıqlama verib.

525.az-ın TRT-yə istinadən verdiyi məlumata görə, Arınç Türkiyədə kimsənin cinayət törətmə imtiyazına sahib olmadığını deyib: "Başqalarının inanclarını təhqir etməyi əsas götürürsə və bunun də bir cəzası varsa, bu qanun bu qədər vaxtdır qüvvədədirsə, "say, sən də say" deməyə ehtiyac yoxdur. Türkiyədə kimsənin cinayət törətmək imtiyazı yoxdur. Komandanların, istefada olan və ya çalışan hərbçilərin mühakimə edildiyi bir ölkədə Fazil Sayın hansı üstünlüyü var ki, məhkəmə qarşısına çıxmasın? Sənin hərəkətində cinayət tərkibi varsa, bunun hesabını da rahat şəkildə verəcəksən. Ya da "etdiyim hərəkət səhvmiş, hər həsdən, hər inanclı insandan üzr istəyirəm" deyəcəksən. Yoxsa 5 qəpiyə simit dövrü keçdi".

 





19.04.2013    çap et  çap et