525.Az

“Samsung” şirkətinin faktiki rəhbəri həbs edildi


 

“Samsung” şirkətinin faktiki rəhbəri həbs edildi<b style="color:red"></b> Seul məhkəməsi Cənubi Koreya prezidenti Pak Kın Xe ətrafında cərəyan edən iri korrupsiya qalmaqalı ilə əlaqədar rüşvətxorluqda ittiham olunan “Samsung” şirkətinin faktiki rəhbəri Li Çje Yon barəsində həbs qətimkan tədbiri seçib.
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, məhkəmə hökm elan edənədək, nəhəng korporasiya rəhbəri paytaxtdan 15 km aralıda yerləşən Yıvan şəhər həbsxanasında saxlanılacaq.
 
İstintaqın fevralın 28-də başa çatacağı bildirilir. 
 
Qeyd edək ki, ötən ilin payızında Cənubi Koreyada prezidentin ən yaxın rəfiqəsi Tsoy Sun Sil ətrafında yaranan korrupsiya qalmaqalı səngimək bilmir.
 
Hüquq-mühafizə orqanları onu heç bir hökumət vəzifəsi tutmadığı halda, prezidentin siyasi qərarlarına təsir etməkdə və prezidentlə yaxınlığından istifadə edərək Cənubi Koreyanın korporasiyalarından iri məbləğdə pul vəsaitləri tələb etməkdə şübhəli bilinir.
 





17.02.2017    çap et  çap et