525.Az

“Ölkəyə daxil olan hər bir şəxsə tam nəzarət olunur”


 

“Ölkəyə daxil olan hər bir şəxsə tam nəzarət olunur”<b style="color:red"></b> "Bu gün Dövlət Miqrasiya Xidmətinin Vahid Miqrasiya Məlumat Sistemi vasitəsi ilə hər bir əcnəbinin və vətəndaşlığı olmayan şəxsin hansı tarixdə ölkəyə daxil olduğuna, harada yaşadığına, işlədiyinə və nə vaxt ölkəni tərk etdiyinə tam nəzarət olunur".
 
APA-nın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev xidmətin yaradılmasının 10 illiyinə həsr olunan tədbirdə deyib.
 
Onun sözlərinə görə, hazırda xidmət tərəfindən əhaliyə göstərilən 11 elektron xidmətdən 11-i də "Elektron hökumət portalı"na qoşulub:
 
"Bu müddət ərzində xidmət tərəfindən Azərbaycan vətəndaşlığına mənsubiyyəti araşdırılmış şəxslərdən 70 min 994 şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınaraq, onlar aidiyyəti qurumlar tərəfindən Azərbaycan vətəndaşlığının şəxsiyyətini təsdiq edən sənədlərlə təmin edilib. Xidmət tərəfindən qanunsuz miqrasiyaya qarşı  mübarizə tədbirləri ilbəil daha da genişləndirilir, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda olma, habelə müvəqqəti və daimi yaşama qaydalarının pozulması halları aşkar edilərək qarşısı alınır. Xidmət tərəfindən aparılmış kompleks tədbirləri nəticəsində onların sayı minimuma endirilib".
 





17.02.2017    çap et  çap et