525.Az

Sürücülük vəsiqəsini itirənlərdən cərimə alınmayacaq


 

Sürücülük vəsiqəsini itirənlərdən cərimə alınmayacaq<b style="color:red"></b>

Azərbaycanda sürücülük vəsiqəsinin qəsdən korlanmasına, yararsız hala salınmasına və ya itirilməsinə görə tətbiq olunan cərimə ləğv edilib.

Lent.az-ın verdiyi məlumatına görə, Milli Məclisin cümə günü keçirilən plenar iclasında bununla bağlı İnzibati Xətalar Məcəlləsinə (İXM) dəyişiklik edilib.

Milli Məclisin Hüquq Siyasəti və  Dövlət Quruculuğu komitəsinin sədri Əli Hüseynli dəyişikliyi təqdim edərək bildirib ki, artıq Azərbaycanda ASAN Xidmət mərkəzləri fəaliyyətə başlayıb və orada ödəniş etmədən sürücülük vəsiqəsini əldə etmək olar.
 
Qeyd edək ki, əvvəl qanunvericilikdə sürücülük vəsiqəsinin qəsdən korlanmasına, yararsız hala salınmasına və ya itirilməsinə görə 40 manat miqdarında cərimə nəzərdə tutulurdu.

 





19.04.2013    çap et  çap et