525.Az

FHN-də operativ müşavirə


 

FHN-də operativ müşavirə <b style="color:red"></b> Son günlər paytaxt Bakıda və ölkənin rayonlarında havaların kəskin soyuması, güclü qar yağması nəticəsində yolların buz bağlaması və nəqliyyatın hərəkətinin çətinləşməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyində (FHN) nazir müavinlərinin və nazirliyin aidiyyəti strukturların rəhbərlərinin iştirakı ilə operativ müşavirə keçirilib.
 
FHN-dən 525.az-a verilən məlumata görə, müşavirədə havaların kəskin pisləşməsi, temperaturun aşağı düşməsi, yolların buz bağlaması ilə bağlı meydana çıxa bilən problemlərin aidiyyəti üzrə aradan qaldırılması istiqamətində tədbirlər müzakirə olunmuş, strukturların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
 
Bununla bağlı FHN bir daha əhaliyə müraciət edərək, qarlı-şaxtalı hava şəraitində hər hansı fövqəladə hadisə, düşdükləri çıxılmaz vəziyyətdə, ilk növbədə, dərhal nazirliyin “112” qaynar xəttinə müraciət edilməsini tövsiyə edir, havaların soyuq keçməsi ilə əlaqədar təbii qaza olan tələbatın daha da artması fonunda təhlükəsizlik qaydalarına ciddi riayət olunmasına çağırır.
 
Həmçinin, mümkün fövqəladə hallarla bağlı davranış qaydaları barədə daha ətraflı məlumat almaq üçün nazirliyin fhn.gov.az internet saytına müraciət etmək mümkündür.
 





17.02.2017    çap et  çap et