525.Az

Quba-Xınalıq yolunda qar uçqunu: 8 kəndlə əlaqə kəsildi


 

Quba-Xınalıq yolunda qar uçqunu: <b style="color:red">8 kəndlə əlaqə kəsildi</b> Bu gün Quba-Xınalıq yolunda qar uçqunu olub.
 
APA-nın şimal bürosunun verdiyi məlumata görə, uçqun magistralın 37-ci kilometrliyində baş verib.
 
Uçqun nəticəsində yolda avtomobillərin hərəkəti məhdudlaşıb. Xınalıqla bərabər yolun üzərində olan daha 7 kəndlə əlaqə kəsilib.
 
“Azəravtoyol” ASC-nin yerli qurumunun canlı qüvvəsi və ağır texnikası əraziyə cəlb olunub. Hazırda yolun təmizlənməsi istiqamətində işlər aparılır.
 





17.02.2017    çap et  çap et