525.Az

Zabitin güllələnməsinə görə cinayət işi açıldı


 

Zabitin güllələnməsinə görə cinayət işi açıldı<b style="color:red"></b>

Respublika Hərbi Prokurorluğu Müdafiə Nazirliyinin zabitinin güllələnməsi faktı ilə bağlı məlumat yayıb.

Qurumun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən N saylı hərbi hissəsinin əsgəri, 2012-ci ilin aprel ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sədərək rayon şöbəsindən müddətli həqiqi hərbi xidmətə çağırılmış Şahverdiyev Rəfail Əli oğlunun 19 aprel 2013-cü il tarixdə saat 03.00 radələrində ona təhkim edilmiş odlu silahdan atəş açması nəticəsində həmin hərbi hissənin tağım komandiri, baş leytenant Məmmədov Elşən Mübariz oğlu aldığı güllə yarasından hadisə yerində dünyasını dəyişib.
 
Faktla bağlı Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə cinayət işi başlanıb və hazırda intensiv istintaq hərəkətləri həyata keçirilir.

 





19.04.2013    çap et  çap et