525.Az

PSY-ın yeni klipi qadağan edildi


 

PSY-ın yeni klipi qadağan edildi<b style="color:red"></b>

"Gangnam Style" mahnısı ilə dünyanı silkələyən PSY-in yeni mahnısının klipi ölkəsinin dövlət televiziyasında göstərilə bilməyəcək.

Cənubi Koreyanın dövlət kanalı KBS "Gentlemen"in klipində dövlət malına ziyan vurulduğunu göstərən çəkilişlərin əks olunduğunu bildirərək videonun dövlət yayımçılığı standartlarına uyğun olmadığına qərar verib.

Televiziya rəsmiləri keçmişdə də bu səbəblərdən bəzi kliplərin yayımlanmadığını bildiriblər.

35 yaşlı cənubi koreyalı müğənninin klipi 24 saatda 20 milyon dəfə izlənərək yeni rekorda imza atıb.

TRT

 





19.04.2013    çap et  çap et