525.Az

"Referendum yalnız milli qanunvericilik çərçivəsində keçirilə bilər"


 

"Referendum yalnız milli qanunvericilik çərçivəsində keçirilə bilər"<b style="color:red"></b> “Azərbaycanda keçiriləcək istənilən referendum yalnız milli qanunvericilik çərçivəsində baş tutmalıdır”.
 
Bu barədə APA-ya Ukraynanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən bildirilib.
 
Səfirlik nəzərə çatdırıb ki, Ukraynanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini prezident Pyotr Poroşenko 13-14 iyul 2016-cı ildə rəsmi səfəri çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə Bakıda keçirdiyi birgə mətbuat konfransı zamanı bir daha ifadə edib:

“Ukrayna beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində daima Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycanda keçiriləcək istənilən referendum yalnız Azərbaycan Respublikasının milli qanunvericiliyi çərçivəsində baş tutmalıdır”.
 
Qeyd edək ki, fevralın 20-də işğal olunmuş Dağlıq Qarabağdakı separatçı rejim “Konstitusiya referendumu” keçirməyə hazırlaşır.
 





17.02.2017    çap et  çap et