525.Az

İlham Əliyev İsrail müdafiə naziri ilə görüşdü


 

İlham Əliyev İsrail müdafiə naziri ilə görüşdü<b style="color:red"></b> Azərbaycan prezidenti İlham Əliyev fevralın 17-də Münhendə İsrail Dövlətinin müdafiə naziri Aviqdor Libermanla görüşüb.
 
APA-nn məlumatına görə, görüşdə Azərbaycan-İsrail əlaqələrinin müxtəlif aspektləri müzakirə edilib.
 
A. Libermanın xarici işlər naziri kimi Azərbaycana səfəri xatırlanıb, İsrailin baş naziri Benyamin Netanyahunun ötən il Azərbaycana etdiyi uğurlu səfərindən danışılıb.
 
Azərbaycanla İsrail arasında hərbi-texniki sahədə əməkdaşlığın məmnunluq doğurduğu vurğulanıb, bu sahədə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib.
 





17.02.2017    çap et  çap et