525.Az

Türkiyədə partlayış: 1 ölü, 15 yaralı


 

Türkiyədə partlayış: <b style="color:red">1 ölü, 15 yaralı</b> Türkiyənin Şanlıurfa vilayətində partlayış baş verib.
 
APA-nın “Anadolu” agentliynə istinadən verdiyi xəbərə görə, vilayətin Viranşehir rayonunda minalanmış avtomobilin partladılması nəticəsində 3 yaşlı uşaq ölüb, 15 nəfər xəsarət alıb.
 
Yaralılar xəstəxanalara yerləşdirilib. Polis qüvvələri ərazini nəzarətə götürüb.
 
Şanlıurfa valisi Güngör Azim Tuna, ilkin məlumatlara görə, 18-20 yaşlı şəxsin Yenişehir məhəlləsində bomba yüklü avtomobil saxladığını söyləyib.
 
 “Hadisə nəticəsində 3 yaşında bir uşaq həyatını itirib. 15 civarında yarası ağır olmayan xəsarət alan var. Yaralıların müalicəsi xəstəxanada davam edir” deyə G. Tuna bildirib.
 





17.02.2017    çap et  çap et