525.Az

Çinin XİN rəhbəri ABŞ-la əməkdaşlığın şərtlərini açıqladı


 

Çinin XİN rəhbəri ABŞ-la əməkdaşlığın şərtlərini açıqladı<b style="color:red"></b> Rəsmi Pekin ABŞ-ın konfrontasiya siyasətindən əl çəkməsi şərti ilə Vaşinqtonla əməkdaşlığa hazırdır.
 
APA-nın “Sinxua” agentliytinə istinadən verdiyi xəbərə görə, bunu Münhen Təhlükəsizlik Konfransında çıxış edən Çinin xarici işlər naziri Van İ bəyan edib.
 
“Biz ABŞ-ın konfrontasiya siyasətindən əl çəkməsi, qarşılıqlı hörmət və fikir ayrılığının nizamlanması şərti ilə Vaşinqtonla əməkdaşlığa hazırıq”, deyə Van İ bildirib.
 
Onun sözlərinə görə, ABŞ-la Çinin fərqliliyi nəzərə alınmaqla, qarşılıqlı etimada arxalanaraq hər iki ölkə münasibətlərində böyük irəliləyişə nail ola bilərlər.
 





18.02.2017    çap et  çap et