525.Az

“NATO-nun strukturunda islahat aparılmalıdır”


 

“NATO-nun strukturunda islahat aparılmalıdır”<b style="color:red"></b> NATO-nun strukturu əsaslı şəkildə islahata uğramalı, Alyans fəaliyyətini yeni çağırışlara uyğun qurmalıdır.
 
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Münhen Təhlükəsizlik Konfransında Türkiyənin müdafiə naziri Fikri İşıq bəyan edib.
 
“Bizim vəzifəmiz NATO-nu əvvəlkindən güclü etməkdir. NATO-nun strukturu əsaslı şəkildə islahata uğramalıdır, Alyans fəaliyyətini beynəlxalq terrorizm kimi yeni çağırışlara uyğun qurmalıdır”, deyə nazir bildirib.
 
F. İşıq həmçinin qeyd edib ki, Alyans Türkiyənin də yer aldığı cənub-şərq istiqamətdə üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirmir: “Ümid edirik ki, yaxın gələcəkdə vəziyyət dəyişəcək”.
 





18.02.2017    çap et  çap et