525.Az

Polşanın baş naziri xəstəxanadan evə buraxıldı


 

Polşanın baş naziri xəstəxanadan evə buraxıldı<b style="color:red"></b> Polşanın baş naziri Beata Şidlo xəstəxanadan evə buraxılıb.
 
APA-nın məlumatına görə, bu barədə Reuters  agentliyi xəbər verib.
 
“Özümə bir neçə günlük istirahət verəcəm. Fevralın 21-də, hökumətin iclasından sonra keçiriləcək mətbuat konfransında görüşərik”, deyə B.Şidlo jurnalistlərə bildirib.
 
Xatırladaq ki, Polşanın baş naziri Beata Şidlo fevralın 10-da Krakov şəhəri yaxınlığında avtomobil qəzasına düşmüşdü. Hadisə nəticəsində yüngül xəsarətlər alan B. Şidlo helikopterlə Varşavanın hərbi hospitalına çatdırılmışdı.
 





18.02.2017    çap et  çap et