525.Az

Kim Çen Inın qardaşını öldürməkdə şübhəli bilinən daha bir nəfər saxlanıldı


 

Kim Çen Inın qardaşını öldürməkdə şübhəli bilinən daha bir nəfər saxlanıldı<b style="color:red"></b> Malayziya polisi Şimali Koreya lideri Kim Çen Inın böyük qardaşını öldürməkdə şübhəli bilinən 4-cü şəxsi saxlayıb.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, onun Şimali Koreya vətəndaşı olduğu bildirilir.
 
Məlumata görə, 47 yaşlı kişi dəfələrlə Malayziyaya səfər edib.
 
Bundan əvvəl hadisə ilə əlaqədar iki qadın - 29 yaşlı Vyetnam, 25 yaşlı İndoneziya vətəndaşı və 26 yaşlı malayziyalı oğlan polis tərəfindən tutulub.
 
Kim Çen Inın 46 yaşlı qardaşına qarşı sui-qəsd fevralın 14-də, Kuala-Lumpur aeroportunda törədilib. İlkin versiyaya əsəsən, hücum zamanı yüksək toksiki təsirli “VX” maddəsindən istifadə olunub.
 





18.02.2017    çap et  çap et