525.Az

23 nəfər yıxılaraq xəsarət alıb


 

23 nəfər yıxılaraq xəsarət alıb<b style="color:red"></b> Bakıda güclü qarın yağması və yolların buz bağlaması nəticəsində ötən sutka ərzində 23 nəfər yıxılaraq xəsarət alıb.
 
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev APA-ya  bildirib ki, bir vətəndaşa yerində ilkin yardım göstərilib, 22-si isə xəstəxanaya yerləşdirilib:
 
“Onların arasında ciddi xəsarət alanlar yoxdur. Əsasən yuxarı və aşağı ətrafların zədələnməsi müşahidə edilir”.
 





18.02.2017    çap et  çap et