525.Az

Qızıl və gümüş istehsalı azalıb


 

Qızıl və gümüş istehsalı azalıb<b style="color:red"></b> Bu ilin yanvar ayında Azərbaycanda 105,1 kq qızıl istehsal edilib.
 
“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2016-cı ilin yanvar ayına nisbətən 22,4% azdır.
 
Bu ilin fevral ayının 1-nə 21,9 kq hazır məhsul ehtiyatı yaranıb.
 
Ötən ay ölkədə 21,9 kq gümüş istehsal olunub ki, bu da 2016-cı ilin müvafiq dövründəki göstəricidən 4,4% azdır.  Bu ilin fevral ayının 1-nə bu qiymətli metal üzrə 8,7 kq hazır məhsul ehtiyatı yaranıb.
 





18.02.2017    çap et  çap et