525.Az

Dini icmalar Xocalı soyqırımı ilə bağlı dünya parlamentlərinə müraciət edəcək


 

Dini icmalar Xocalı soyqırımı ilə bağlı dünya parlamentlərinə müraciət edəcək<b style="color:red"></b> ”Xocalı faciəsindən 25 il ötür. Mən qətlə yetirilən o uşaqları, qocaları, qadınları gözlərimlə görmüşəm”.
 
APA-nın məlumatına görə, bunu Beynəlxalq Multikulturalizm Qış Məktəbinin 16 ölkədən olan müdavimləri ilə görüşdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə deyib.

O bildirib ki, fevralın 21-də bununla bağlı QMİ-də böyük konfrans keçiriləcək:

"Konfransda dini icmaların rəhbərləri kimi bizim dünya dövlətlərinin parlamentlərinə müraciətimiz olacaq.

Fotoşəkillərə, sənədlərə baxanda sizin Xocalı soyqırımı barədə təəssüratınız formalaşacaq. Fevralın 21-də keçiriləcək konfransda sizi də iştirak etməyə dəvət edirəm”.
 





18.02.2017    çap et  çap et