525.Az

“Avropa miqrantların qarşısında divarlar çəkir”


 

“Avropa miqrantların qarşısında divarlar çəkir”<b style="color:red"></b> ”Torpaqlarımızın işğalı nəticəsində 1 milyondan çox qaçqın və məcburi köçkünümüz oldu. Azərbaycan qaçqın və məcburi köçkünlərlə bağlı problemləri demək olar ki, özü həll etdi. Amma bu gün Avropa miqrantlar qarşısında divarlar çəkir”.
 
APA-nın məlumatına görə, bunu Beynəlxalq Multikulturalizm Qış Məktəbinin 16 ölkədən olan müdavimləri ilə görüşdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

O bildirib ki, miqrantlara belə münasibət demokratik deyil:

“Azərbaycanının bu sahədə fəaliyyəti bu gün dünya, Avropa üçün nümunə ola bilər. Nə zamana qədər miqrantların qarşısında divar çəkəcəklər?!”
 





18.02.2017    çap et  çap et