525.Az

"STAR neft emalı zavodu Türkiyənin idxaldan asılılığını 4%-ə yaxın azaldacaq"


 

"STAR neft emalı zavodu Türkiyənin idxaldan asılılığını 4%-ə yaxın azaldacaq"<b style="color:red"></b> “STAR neft emalı zavodunda işlərin 82%-i tamamlanıb və 2018-ci ildə fəaliyyətə başlamağı planlaşdırırıq”.
 
"APA-Economics" xəbər verir ki, bunu "SOCAR Türkiye Enerji A.Ş."-nin baş icraçı direktoru Zaur Qəhrəmanov “Energy Bussines” jurnalına bildirib.
 
Z.Qəhrəmanovun sözlərinə görə, Türkiyə tarixində özəl sektorun inşa etdiyi ilk neft emalı zavodu olan STAR-ın tikintisi 5,7 mlrd. dollara başa gələcək.
 
“STAR neft emalı zavodu Türkiyənin neft-kimya sektorunda xaricdən asılılığına son qoyacaq və təkcə bu zavod Türkiyənin idxaldan asılılığını 3,5% azaldacaq. Bugünkü neft qiymətləri ilə hesablandıqda Türkiyəyə illik 2-2,5 mlrd. dollar həcmində valyutaya qənaət etməyinə imkan verəcək. 10 milyon ton emal gücünə malik STAR neft emalı zavodu rəqabət gücünü artıraraq bölgə və Türkiyənin iqtisadiyyatının inkişafına kömək edəcək”, - deyə baş icraçı direktor əlavə edib.
 





18.02.2017    çap et  çap et