525.Az

İlham Əliyev Binəli Yıldırımla bir arada


 

İlham Əliyev Binəli Yıldırımla bir arada<b style="color:red"></b> Fevralın 18-də Münhendə Azərbaycan prezidenti İlham Əliyev ilə Türkiyənin baş naziri Binəli Yıldırımın görüşü olub.
 
APA-nın xəbərinə görə, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Görüşdə ölkələrimiz arasında dostluq və tərəfdaşlıq münasibətlərinin inkişaf etdiyi və bunun məmnunluq doğurduğu bildirilib. Azərbaycanla  Türkiyənin Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi, TANAP və digər böyük layihələri uğurla həyata keçirdiyi, bu sahədə əməkdaşlığın davam etdirildiyi qeyd olunub.

Baş nazir ölkəsində gedən proseslər və referenduma hazırlıqdan danışıb.


Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.
 





18.02.2017    çap et  çap et