525.Az

Prezident “Leonardo” şirkətinin baş icraçı direktoru ilə görüşdü


 

Prezident “Leonardo” şirkətinin baş icraçı direktoru ilə görüşdü<b style="color:red"></b> Azərbaycan prezidenti İlham Əliyev fevralın 18-də Münhendə “Leonardo” şirkətinin baş icraçı direktoru və baş meneceri Mauro Moretti ilə görüşüb.
 
APA-nın Przidentin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Mauro Moretti Azərbaycanda olduğunu, Bakının gözəlliyinə heyran qaldığını bildirib. Ölkəmizdə gedən inkişaf proseslərini və qazanılan nailiyyətləri yaxından izlədiyini deyən baş icraçı direktor şirkətin Azərbaycanda müxtəlif strukturlarla, o cümlədən SOCAR ilə əlaqələrindən danışıb, əməkdaşlığın genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğunu deyib.
 
Söhbət zamanı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
 





18.02.2017    çap et  çap et