525.Az

Qırğızıstanda Azərbaycan musiqisi ilə bağlı qala-konsert


 

Qırğızıstanda Azərbaycan musiqisi ilə bağlı qala-konsert <b style="color:red"></b>

Abdılas Maldıbayev adına Qırğızıstan Milli Akademik Opera və Balet Teatrında böyük Azərbaycan müğənniləri Rəşid Behbudovun anadan olmasının 100 illiyinə və Müslüm Maqomayevin yaradıcılığına həsr olunmuş “Göy əbədiyyət” adlı qala-konsert Qırğızıstanın İctimai Televiziya və Radio Yayım Korporasiyasında (KTRK) tam olaraq göstərilib.

Konsert bundan əvvəl KTRK-nın Mədəniyy ət kanalında nümayiş etdirilib.

Tədbirin əvvəlində Qırğızıstandakı səfirimiz Hidayət Orucovun və teatrın baş direktoru Bolotbek Osmonovun Azərbaycanın zəngin mədəniyyəti, ölməz sənətkarları Rəşid Behbudov və Müslüm Maqomayev haqqında çıxışları da verilib.

 





18.02.2017    çap et  çap et