525.Az

“Məhəbbət əfsanəsi” Böyük Teatrın səhnəsində


 

“Məhəbbət əfsanəsi” Böyük Teatrın səhnəsində<b style="color:red"></b>

Mayın 19-dan 21-dək Rusiya Dövlət Akademik Böyük Teatrında SSRİ Xalq Artisti Arif Məlikovun “Məhəbbət əfsanəsi” üçpərdəli baleti nümayiş etdiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat teatrın saytında yer alıb. “Məhəbbət əfsanəsi” baleti mayın 20-də iki dəfə - gündüz və axşam seanslarında nümayiş olunacaq.

Gecə seansında orkestrə Rusiyanın Əməkdar artisti Pavel Sorokin, gündüz isə beynəlxalq mükafatlar laureatı Pavel Kliniçev dirijorluq edəcək.

Əsərin dünya premyerası 1961-ci il martın 23-də Leninqrad Akademik Opera və Balet Teatrında (indiki Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrı) reallaşıb. Səhnə əsərinin musiqisi, yaddaqalan melodiyaları, parlaq xoreoqrafiyası onu balet sənətinin daim arzulanan repertuar əsərlərindən birinə çevirib. Baletin uğur qazanmasının sirri burada hadisələrin yeni quruluşda cərəyan etməsindədir. İllüstrativ təfərrüatları minimuma endirən baletin dramaturgiyası sırf rəqs formaları üzərində qurulub.

 





18.02.2017    çap et  çap et