525.Az

Azərbaycan-İtaliya biznes forumu keçiriləcək


 

Azərbaycan-İtaliya biznes forumu keçiriləcək<b style="color:red"></b> Bu həftə Bakıda Azərbaycan-İtaliya biznes forumu keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan ("Azpromo") "APA-Economics"ə verilən məlumata görə, biznes forum fevralın 23-də İtaliyanın iqtisadiyyat naziri Karlo Kalendanın rəhbərlik etdiyi biznes nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində baş tutacaq.
 
Biznes forum İqtisadiyyat Nazirliyinin dəstəyi və "Azpromo"nun təşkilatçılığı ilə keçiriləcək.
 
Forumda iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 15-dən artıq İtaliya şirkətinin iştirakı nəzərdə tutulur.
 





20.02.2017    çap et  çap et