525.Az

Ombudsman Milli Məclisdə son illik hesabatını təqdim edəcək


 

Ombudsman Milli Məclisdə son illik hesabatını təqdim edəcək<b style="color:red"></b> Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanovanın fəaliyyəti ilə bağlı illik hesabatının tarixi məlum olub.
 
Milli Məclisdən APA-ya verilən məlumata görə, Ombudsman E. Süleymanova martın 7-də parlamentdə illik hesabatını təqdim edəcək.
 
Qeyd edək ki, Azərbaycan Konstitusiyasına və “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” qanuna görə Ombudsman 7 ildən bir seçilir və bu ilin martında E. Süleymanovanın fəaliyyət müddəti başa çatır. Bu onun 7 illik səlahiyyət müddətinin sonuncu illik hesabatı olacaq.
 
E. Süleymanovanın növbəti müddət üçün namizədliyinin verilməyəcəyi bildirilir.
 





20.02.2017    çap et  çap et