525.Az

Monteneqronun iqtisadiyyat naziri Bakıya gələcək


 

Monteneqronun iqtisadiyyat naziri Bakıya gələcək<b style="color:red"></b> Monteneqronun iqtisadiyyat naziri Draqitsa Sekuliç Bakıya gələcək.
 
Azərbaycanın Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zəminə Əliyevanın “APA-Economics”ə verdiyi məlumata görə, D. Sekuliç fevralın 23-də Bakıda keçiriləcək “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının 3-cü iclasında iştirakı təsdiqlənib.
 
Xatırladaq ki, fevralın 23-də Bakıda keçiriləcək “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü iclasına dəvət olunmuş bir sıra şəxslərin adları məlum olub. Bunların arasında Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak və “Trans-Anadolu” Qaz Kəməri Xətti (TANAP) Lahiyəsinin baş direktoru Saltuk Duzyolun iştirakı təsdiqlənib.
 
Həmçinin , İtaliyanın iqtisadi inkişaf naziri Karlo Kalenda “Cənub Qaz Dəhlizi”nin hazırkı vəziyyətini və icrasına təsir edəcək məsələlərin müzakirəsi üçün Məşvərət Şurasının bu toplantısını münasib platforma hesab edərək, tədbirdə iştirakını təsdiqləyib. Dəvəti qəbul edənlər arasında Yunanıstanın Ətraf mühit və energetika naziri Georgios Statakis də yer alıb. Nazir TAP layihəsinin uğurla həyata keçirilməsindən məmnunluğunu ifadə edərək, bütün iştirakçı ölkələr üçün “Cənub Qaz Dəhlizi” layihəsinin strateji əhəmiyyət kəsb etdiyini bildirib.
 
Bolqarıstanın energetika naziri Nikolay Pavlov da toplantıya qatılacağını və onu “Bulgarian Energy Holding”, “Bulgargaz”, “İGB” və Energetika Nazirliyinin nümayəndələrindən ibarət heyətin müşayiət edəcəyini bildirib.
 
Xorvatiyanın ətraf mühitin mühafizəsi və enerji naziri Slaven Dobroviçin də iştirakı müəyyənləşib. O, “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində Azərbaycan qazının Balkan regionuna və xüsusilə Xorvatiyaya çatması ilə bağlı layihəyə nikbin yanaşdığını, ölkəsinin bu layihəyə böyük əhəmiyyət verdiyini vurğulayıb. Bakıda TAP və İAP layihələrinin həyata keçirilməsi istiqamətində ətraflı müzakirələr aparmaq niyyətində olduğunu açıqlayıb. Qeyd edək ki, səfər çərçivəsində toplantıda iştirak edəcək əksər ölkələrin energetika nazirlərinin Azərbaycanın energetika Natiq Əliyevlə görüşü planlaşdırılır.
 
Beynəlxalq maliyyə qurumlarından isə Dünya Bankı və Avropa İnvestisiya Bankını təmsil edəcək nümayəndə heyətinin iştirakı dəqiqləşib. Dünya Bankını qurumun enerji və hasilat üzrə baş direktoru Rikardo Puliti təmsil edəcək. R.Puliti bank daxilində qlobal enerji məsələləri üzrə əsas məsul şəxslərdən biridir. O, TANAP layihəsinin tikintisi üçün kreditin təsdiq olunması ilə bağlı Dünya Bankının Direktorlar Şurasının 20 dekabr 2016-cı il tarixində keçirilmiş görüşündə “Cənub Qaz Dəhlizi” layihəsini təqdim edən şəxslərdən biri olub.
 
Avropa İnvestisiya Bankından isə toplantıya qurumun Mərkəzi və Cənubi Avropa şöbəsinin müdiri Flavia Palanzanın rəhbərlik edəcəyi nümayəndə heyəti qatılacaq. Nümayəndə heyətinə AİB-nin enerji təhlükəsizliyi bölməsinin direktoru Racan Sancoy, onun müavini Piter Cefreys və bankın Türkiyəyə ayırdığı kreditlər üzrə baş mütəxəssisi Tekin Çotuk daxildir.
 





20.02.2017    çap et  çap et