525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b> Fevralın 21-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən 525.az-a verilən məlumata görə, bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi gündüz arabir  güclənəcək.
 
Havanın temperaturunun gecə 0-2° isti, gündüz 8-12° isti, Bakıda gecə 0-2° isti, gündüz  10-12° isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 764 mm civə sütununa enəcək.
 
Nisbi rütubət gecə 65-75%, gündüz 50-60% təşkil edəcək.
 
Rayonlarda hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.
 
Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.

Cavid QƏDİR
 





20.02.2017    çap et  çap et