525.Az

"Meyiti tapılan şəxsin neftçi olduğu rəsmən təsdiqlənib"


 

"Meyiti tapılan şəxsin neftçi olduğu rəsmən təsdiqlənib"<b style="color:red"></b>

“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan prezidentinin 16 dekabr 2016-cı il tarixli sərəncamına əsasən Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və "Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
 
Qərargahdan "APA-Economics"ə verilən məlumata görə, həyata keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində fevralın 17-də saat 17:20 radələrində dənizin "Pirsaat" burnu hissəsində sahildən 1 mil aralı məsafədə meyiti tapılan şəxsin "Azneft" İB-nin N.Nərimanov adına Neft-Qazçıxarma İdarəsinin 1 saylı neft qaz çıxartma sahəsinin əmtəə operatoru vəzifəsində çalışmış 1957-ci il təvəllüdlü Qurbanov Vidadi Cümşüd oğlu olduğu rəsmən təsdiq edilib.
 
Mərhumun meyiti ailəsinə təhvil veriləcək.

 





20.02.2017    çap et  çap et