525.Az

Azərbaycan Türkiyənin üç ən iri qaz ixracatçısından biri olaraq qalır


 

Azərbaycan Türkiyənin üç ən iri qaz ixracatçısından biri olaraq qalır<b style="color:red"></b>

Türkiyə ötən ilin dekabr ayında 5 mlrd. 574 mln. kubmetr qaz idxal edib ki, bu da 2015-ci ilin sonuncu ayı ilə müqayisədə 4,37% çoxdur.

"APA-Economics" xəbər verir ki, 2015-ci ilin dekabr ayında qonşu ölkə 5 mlrd. 341 mln. kubmetr qaz idxal edib.
 
İdxalatın 4 mlrd. 278 mln. kubmetri boru xətləri ilə, 1 mlrd. 296 mln. kubmetri isə LNG formasında olub.
 
Dekabr ayında Türkiyəyə ən çox Rusiya qaz ixrac edib. Belə ki, şimal qonşumuz qardaş ölkəyə 2 mlrd. 820 mln. kubmetr "mavi yanacaq" satıb. İkinci yerdə 872 mln. kubmetrlik göstərici ilə İran olduğu halda, Azərbaycan 594 mln. kubmetrlə üçüncü yerdə qərarlaşıb.
 
Yeri gəlmişkən, dekabrda Türkiyədə təbii qaz istehlakı 1,75% artaraq 5 mlrd. 376 mln. kubmetrə çatıb.

 





20.02.2017    çap et  çap et