525.Az

Bostonda törədilmiş terror aktı ilə bağlı milliyətcə çeçen olan Cohar Tsarnayev axtarışa verilib


 

Bostonda törədilmiş terror aktı ilə bağlı milliyətcə çeçen olan Cohar Tsarnayev axtarışa verilib<b style="color:red"></b>

Boston beynəlxalq marafonunda terror aktı törətməkdə şübhəli bilinən şəxslərdən biri əslən Çeçenistandandır.

APA-nın məlumatına görə, bu barədə “Associated Press” agentliyinə etibarlı mənbədən bildiriblər.
 
Rusiyanın Nyu-Yorkdakı Baş Konsulluğu bu məlumatı yoxlamaqdadır. Qeyd edək ki, terror aktını törətməkdə şübhəli bilinən şəxslərdən biri öldürülüb, 19 yaşlı Cohar Tsarnayev isə gizlənməyə müvəffəq olub. Onun ən azı bir il Boston yaxınlığındakı Kembric şəhərində yaşadığı bildirilir. Polis Cohar Tsarnayev barədə axtarış elan edib.  19 yaşlı Tsarnayevin Rusiyaya Qırğızıstandan gəldiyi məlum olub. 2001-ci ildə Mahaçqalada gimnaziyanın birinci sinfinə gedən Tsarnayev sonra Amerikaya köçüb. Onun Qırğızıstandan olan məcburi köçkün ailəsinin üzvü olduğu bildirilir.
 
ABŞ-ın NBC telekanalı terror aktı törətməkdə şübhəli bilinən şəxslərin iki qardaş olduğu barədə xəbər yayıb. Öldürülən şəxsin Tamerlan Tsarnayev olduğu qeyd edilir. Tsarnayev qardaşlarının Türkiyə vətəndaşı olduğu, ABŞ-a Türkiyə vizası ilə gəldiyi məlum olub. Xüsusi əməliyyat zamanı öldürülmüş Tamerlan Tsarnayev 2007-ci ildə ABŞ vətəndaşlığı alıb.

 





19.04.2013    çap et  çap et