525.Az

Qazaxıstan XİN Bişkekdən izahat gözləyir


 

Qazaxıstan XİN Bişkekdən izahat gözləyir<b style="color:red"></b>

Qazaxıstan Xarici İşlər Nazirliyi Qırğızıstan prezidentinin sözlərini şərh edib.
 
APA-nın “inform.kz”a istinadən verdiyi məlumata görə, Qazaxıstan tərəfi Almazbek Atambayevin dediklərinə görə rəsmi Bişkekdən izahat gözləyir. 
 
Qeyd edək ki, A. Atambayev “Euronews” kanalına müsahibəsində Qazaxıstanın Qırğızıstana tətbiq etdiyi blokadaya görə ölkəsində insan tələfatının olduğunu deyib.
 
“Biz kiminləsə ticarət aparmalıyıq, qonşularımızla işləməliyik. Biz Avrasiya İqtisadi Birliyinə daxil olmasaydıq, blokada ilə üzləşə bilərdik. 2010-cu ildə Qazaxıstan bizə qarşı 1,5 ay müddətinə blokada tətbiq etdi. Bizdə isə insan itkiləri oldu. Belə olub, çünki blokada pis şeydir”.

 





20.02.2017    çap et  çap et