525.Az

İstanbulda partlayış: yaralılar var


 

İstanbulda partlayış: <b style="color:red">yaralılar var</b>

İstanbulda Küçük Çekmece rayonunda kafelərin birində baş vermiş partlayış nəticəsində 7 nəfər yaralanıb.

Trend-in məlumatına görə, yaralananlardan birinin vəziyyəti ağır qiymətləndirilir.

İlkin məlumatlara görə, hadisəyə səbəb qaz sızması olub.

Əraziyə təcili tibbi yardım briqadaları və yanğınsöndürənlər cəlb edilib.

Yaralılar xəstəxanaya yerləşdirilib.

 





20.02.2017    çap et  çap et