525.Az

Ukrayna Ali Radasının deputatları Milli Məclisdə


 

Ukrayna Ali Radasının deputatları Milli Məclisdə <b style="color:red"></b> Milli Məclisin Ukrayna ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Bakıda səfərdə olan Ukrayna  Ali Radasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüblər.
 
Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, işçi qrupun rəhbəri Rüfət Quliyev iki ölkə arasında bir əsrdən artıq davam edən tarixi dostluqdan, əlaqələrimizin dərinləşməsində dövlət başçılarının qarşılıqlı görüşlərinin mühüm rolundan danışıb.
 
O, beynəlxalq qurumlardakı birgə əməkdaşlığa toxunaraq deyib ki, Ukrayna hər zaman Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində Azərbaycanın haqlı mövqeyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib. R. Quliyev Ukraynada 300 min  azərbaycanlının yaşadığını, dost ölkədə onlar üçün lazımi  şəraitin yaradıldığını, bu ölkənin həmvətənlərimizin  doğma evinə çevrildiyini diqqətə çatdırıb.
 
Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Maksim Kuryaçiy isə qanunverici orqanlar arasındakı əlaqələri yüksək qiymətləndirərək iki ölkə arasında iqtisadi, ticarət, mədəni  əlaqələrin gücləndirilməsi perspektivlərindən danışıb.
 





20.02.2017    çap et  çap et