525.Az

Rusiya Birləşmiş Ərəb Əmirlikləri ilə birgə qırıcı təyyarələr istehsal edəcək


 

Rusiya Birləşmiş Ərəb Əmirlikləri ilə birgə qırıcı təyyarələr istehsal edəcək<b style="color:red"></b>

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə Rusiya arasında SU-35 qırıcı təyyarələrinin alınması barədə müqavilə imzalanıb.

Bu barədə jurnalistlərə Rusiyanın “Rostex” dövlət korporasiyasının rəhbəri Sergey Çemezov bildirib.

Bundan əlavə, BƏƏ və Rusiya hərbi-texniki sahədə sənaye kooperasiyası barədə də saziş imzalayıblar. Sazişə əsasən, Rusiya BƏƏ mütəxəssislərinin iştirakı ilə beşinci nəsil yüngül qırıcı təyyarələrin istehsalına dair layihəni inkişaf etdirməyə başlayacaq. Yüngül qırıcı təyyarələrin “MiQ-29”-ların bazasında hazırlanacağı bildirilir.

Sazişlər Əbu-Dabidə keçirilən “IDEX 2017” 13-cü beynəlxalq müdafiə sənayesi sərgisi çərçivəsində imzalanıb.

AzərTAc

 





20.02.2017    çap et  çap et