525.Az

ABŞ müdafiə naziri İraqdadır


 

ABŞ müdafiə naziri İraqdadır<b style="color:red"></b> ABŞ-ın müdafiə naziri Ceyms Mettis Bağdada səfər edib.
 
APA-nın məlumatına görə, bu barədə Pentaqonun yaydığı açıqlamada bildirilir.
 
C.Mettis səfər çərçivəsində İraqın prezidenti Heydər əl-Abadi və baş naziri İrfan əl-Xəyali ilə görüşüb. Danışıqlarda Mosul şəhərinin İŞİD silahlılarından təmizlənməsi məqsədilə keçirilən əməliyyat və iki ölkə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib.
 
“Danışıqlarda əlaqələrin davam etdirilməsi istiqamətində razılıq əldə olunub. Tərəflər İŞİD- ə qarşı mübarizədə bütün səyləri birləşdirməyin zəruri olduğunu vurğulayıblar”, məlumatda deyilir.
 
İraqın Mosul şəhəri 2014-cü il, iyunun 10-da İŞİD silahlıları tərəfindən ələ keçirilib.  Fevralın 18-də Mosul şəhərinin qərbinin İŞİD terrorçularından azad edilməsi əməliyyatı başlayıb. Mosulun qərb hissəsi üç aydır ki, İraq ordusunun mühasirəsindədir. Şərqi Mosul isə ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın dəstəyi ilə keçən ilin oktyabrında başlayan əməliyyat nəticəsində terrorçulardan azad edilib. Mosulun azad edilməsi əməliyyatı 17 oktyabr 2016-cı ildə başlayıb.
 





21.02.2017    çap et  çap et