525.Az

“Arşın mal alan” operettasının 100 illiyinə həsr olunmuş kitab çap olundu


 

“Arşın mal alan” operettasının 100 illiyinə həsr olunmuş kitab çap olundu<b style="color:red"></b> “Arşın mal alan” operettasının 100 illiyinə həsr olunmuş kitab çap olunub.

Mədəniyyət və Turizm Nazirliyindən 525.az-a verilən məlumata görə, “Arşın mal alan - 100” kitabı musiqisevərlərin, xüsusilə Üzeyir Hacıbəylinin yaradıcılığı ilə maraqlananların ixtiyarına verilib.
 
Kitabda əsərin yazılması ilə bağlı Ü. Hacıbəylinin xatirələri, qeydləri, əlyazmaları, müxtəlif teatrların afişaları, elanlar, dəvətnamələr, fotoşəkillər və s. materiallar toplanıb. Əsasən Ü.Hacıbəylinin Ev-Muzeyinin fondunda qorunub saxlanılan materiallardan istifadə olunub.
 
“Arşın mal alan” Azərbaycan səhnəsində”, “Arşın mal alan” ekranlarda” və “Arşın mal alan” müxtəlif dövlətlərin dillərində və səhnələrində” adlı  3 yarımbaşlıq şəklində tərtib olunan kitab oxucuda əsərin 100 illik tarixi barədə geniş təsəvvür yaradır.
 
“Şərq-Qərb” nəşriyyatında çap edilmiş kitab Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan aidiyyəti qurumlara və kütləvi kitabxanalara paylanılacaq.
 





21.02.2017    çap et  çap et