525.Az

Yenə qar yağacaq


 

Yenə qar yağacaq<b style="color:red"></b> Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti sabah gözlənilən hava proqnozunu açıqlayıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, aprelin 21-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.
 
Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-8 dərəcə, gündüz 8-13 dərəcə, bəzi yerlərdə 16 dərəcəyədək isti olacaq.
 
Azərbaycanın rayonlarına gəlincə,  aprelin 21-də havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qara keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-8 dərəcə, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 1-5 dərəcə isti, bəzi yerlərdə 2 dərəcəyədək şaxta olacağı gözlənilir.
 





20.04.2013    çap et  çap et