525.Az

Türkiyə ordusu Əl-Babda növbəti itki verdi


 

Türkiyə ordusu Əl-Babda növbəti itki verdi<b style="color:red"></b> Türkiyə ordusunun Suriyada həyata keçirdiyi “Fərat qalxanı” əməliyyatı çərçivəsində əksər hissəsi nəzarət altına alınan Əl-Bab şəhərində təmizləmə əməliyyatı davam edir.
 
APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bu gün türk əsgərləri şəhərdə minaya düşüb.
Nəticədə 1 əsgər həlak olub, 2 əsgər yaralanıb.
 
“Fərat qalxanı” əməliyyatının başladığı 2016-cı il 24 avqust tarixindən bu günə qədər Türkiyə ordusunun Suriyada verdiyi itkilərin sayı 69-a çatıb.
 





21.02.2017    çap et  çap et