525.Az

Həyat yoldaşını öldürməkdə təqsirləndirilən qadına bəraət


 

Həyat yoldaşını öldürməkdə təqsirləndirilən qadına bəraət <b style="color:red"></b> Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Nuridə Kərimovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
APA-nın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 
Hökmə əsasən, N. Kərimovanın əməlində cinayət tərkibi olmadığına görə, ona bəraət verilib və o, məhkəmə zalında azadlığa buraxılıb.
 
Ötən ilin iyulun 23-də Ramana qəsəbəsində qətl hadisəsi baş verib.

İttihama görə Nuridə Kərimova həyat yoldaşı, 32 yaşlı Vüqar Kərimovu münaqişə zəminində qətlə yetirib. 

27 yaşlı N. Kərimova bildirib ki, əri gecələr evə sərxoş vəziyyətdə gəlirmiş. İyulun 23-də növbəti dəfə evə içkili halda gələn Vüqar Kərimovla həyat yoldaşı arasında dava düşüb.

Ərinin bıçaqla onu öldürəcəyini görən qadın cəld tərpənərək bıçaqla ona zərbələr endirib. V. Kərimov hadisə yerində dünyasını dəyişib.
 





21.02.2017    çap et  çap et