525.Az

Azərbaycan Gürcüstana elektrik enerjisi satışından gəlirini 41 dəfə artırıb


 

Azərbaycan Gürcüstana elektrik enerjisi satışından gəlirini 41 dəfə artırıb<b style="color:red"></b> Bu ilin yanvar ayı ərzində Gürcüstan Azərbaycandan 8 mln. 444,5 min dollar dəyərində elektrik enerjisi idxal edib.

"APA-Economics" xəbər verir ki, bu barədə Gürcüstan Statistika Xidmətinin açıqladığı statistikada qeyd edilib.
 
Rəqəmlərin təhlili göstərir ki, 2016-cı ilin yanvar ayı ilə müqayisədə ötən ay Azərbaycan Gürcüstana 8 mln. 240,5 min dollar və 41,39 dəfə çox elektrik enerjisi ixrac edib. Belə ki, ötən ilin yanvar ayında qonşu ölkə Azərbaycandan 204 min dollar dəyərində elektrik enerjisi alıb.
 





21.02.2017    çap et  çap et