525.Az

AŞ PA-nın qarşısında Ermənistan əleyhinə etiraz aksiyası keçiriləcək


 

AŞ PA-nın qarşısında Ermənistan əleyhinə etiraz aksiyası keçiriləcək<b style="color:red"></b> Aprelin 22-də Strasburqda Avropa Şurası parlament Asssambleyası (AŞ PA) binası qarşısında Ermənistan əleyhinə etiraz aksiyası keçiriləcək.
 
Hüquq müdafiəçisi Eynulla Fətullayevin APA-ya verdiyi məlumata görə, yerli vaxtla saat 10:30-da başlayacaq etiraz aksiyasının təşkilatçıları insan haqlarının müdafiəsi ilə məşğul olan İnsan Haqları Uğrunda İctimai Birlik və Fransanın Strasburq şəhərində yaşayan türk və Azərbaycan icmasının üzvləridir.
 
Qeyd edək ki, etiraz aksiyasında bu il fevralın 18-də Ermənistanda keçirilmiş total saxtakarlıq və qanun pozuntularına və dövlət terroruna etiraz ediləcək.
 





21.04.2013    çap et  çap et