525.Az

Türkiyədə azərbaycanlı yazıçının növbəti kitabı çap olundu


 

Türkiyədə azərbaycanlı yazıçının növbəti kitabı çap olundu<b style="color:red"></b>

Bugünlərdə İstanbulun “Anatoli” nəşriyyatında yazıçı Eyvaz Zeynalovun “İntikam” romanı işıq üzü görüb.

Bakıda “Qisas” adı ilə çap olunan romanı Türkiyə türkcəsinə ədəbiyyatımızın dostu, elm adamı Ömər Mehmədzadə tərcümə edib.

“İntikam” kitabının təqdimatı martın 4-də, İstanbulda keçirilən CNR kitab sərgisində olacaq. Müəllif nəşriyyatın sahibi Şərəf Yılmaz tərəfindən tədbirə dəvət edilib.

Qeyd edək ki, ötən il Eyvaz Zeynalovun “Ferfür” nəşriyyatında çap olunmuş “Eski bisiklet” (“Köhnə velosiped”) hekayələr kitabının təqdimatı keçirilmişdi. Tədbirdə yazıçının özü də iştirak etmişdi.

Bundan əlavə, ötən il E.Zeynalovun Almaniyada “Alın yazısı” adlı romanı almanca nəşr edilib, Beynəlxalq Frankfurt kitab sərgisində nümayiş olunub. 2015-ci ildə isə Almaniyada yazıçının “Bələdçi” işıq üzü görmüşdü.

 





21.02.2017    çap et  çap et