525.Az

6-cı "Muğam televiziya müsabiqəsi" martın 14-də başlanacaq


 

6-cı "Muğam televiziya müsabiqəsi" martın 14-də başlanacaq<b style="color:red"></b>

Martın 14-də, axır çərşənbə günü, 6-cı "Muğam televiziya müsabiqəsi"nə start veriləcək.

Bu barədə AZƏRTAC-a "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, seçim turuna fevralın 17-də yekun vurulub. 20 iddiaçı - Almaxanım Əhmədli, Nərgiz Nuriyeva, Gülər Babayeva (Bakı), Arzu Mahmudova (Ağcabədi), Atlas Mehdiyeva (İmişli), Rəvanə Əmiraslanlı (Gəncə), Səma Sultanova (Xocavənd), Nüşabə Kərimova (Zəngilan), Türkan Orucova, Çinarə Alıyeva (Sumqayıt), Məcid Asri (İran İslam Respublikası), Pərviz Qasımov, Valid Abdullayev, Vüsal Cəfərov (Ağdam), Məftun Məmmədov (Zərdab), Fərhad Ramazanov (Lənkəran), Mirəli Sarızadə, Taleh Hüseynli (Beyləqan), Nurlan Namazov (Goranboy) və Qənbər Axundov (Laçın) müsabiqəyə vəsiqə qazanıb.

Münsiflər heyətinin tərkibinə - Xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Bəstəkarlar İttifaqının katibi Sərdar Fərəcov, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi və "Mədəniyyət" telekanalının direktor müavini Nadir Axundov daxildir.

AzTV və "Mədəniyyət" kanalları müsabiqənin ilk həftəsini martın 14-18-də, növbəti həftələrini isə birinci və dördüncü günlər yayımlayacaq.

Xatırladaq ki, müsabiqə Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında, Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə keçirilir.

 





21.02.2017    çap et  çap et