525.Az

Berlində Əşrəf Heybətovun "Xocalıya ədalət!" sərgisi açılacaq


 

Berlində Əşrəf Heybətovun "Xocalıya ədalət!" sərgisi açılacaq<b style="color:red"></b>

Fevralın 25-də Berlində "Michael Schultz" qalereyasında Azərbaycanın Əməkdar rəssamı Əşrəf Heybətovun "Xocalıya ədalət!" adlı fərdi sərgisinin açılışı olacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat "Michael Schultz" qalereyasının saytında yer alıb. Sərgi martın 18-dək davam edəcək.

Əşrəf Heybətov 1991-ci ildən UNESCO Rəssamlar Federasiyasının üzvü, Avropada Azərbaycan Mədəniyyət Xadimləri Assosiasiyasının sədri, Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvü, "Dünya xalqları incəsənəti" Beynəlxalq Assosiasiyasının mükafatı laureatıdır. Bundan başqa, fırça ustası Rusiya Federasiyası Rəssamlar İttifaqının, Qərbi Avropa Elm və Mədəniyyət Akademiyasının üzvüdür. O, "Azərbaycan-Almaniya" Dostluq Cəmiyyətinin idarə heyətində də təmsil olunur.

Rəssamın işlərinin əsas mövzusu Azərbaycan və xalqımızın milli adət-ənənələridir.

 





21.02.2017    çap et  çap et