525.Az

HDP həmsədrinin deputat statusu ləğv edildi


 

HDP həmsədrinin deputat statusu ləğv edildi<b style="color:red"></b> Türkiyə parlamentində millət vəkillərinin sayına görə sırada olan Xalqların Demokratik Partiyasının (HDP) həmsədri millət vəkili statusunu itirib.
 
APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bu gün Türkiyə Böyük Millət Məclisinin iclasında HDP həmsədri Figen Yüksekdağ barədə məhkəmə hökmü təsdiqləndiyi üçün millət vəkili statusunu itirdiyi açıqlanıb. Qərar açıqlanan zaman HDP-çi  millət vəkilləri etiraz ediblər. İclası aparan vitse-spiker Ayşenur Bahçekapılı iclasa fasilə verib.
 
Qeyd edək ki, F. Yüksekdağ PKK terror təşkilatına yardım etməkdə ittiham olunur.
 





21.02.2017    çap et  çap et