525.Az

“NATO aviasiyası Rusiya sərhədlərində uçuşlarını artırıb”


 

“NATO aviasiyası Rusiya sərhədlərində uçuşlarını artırıb”<b style="color:red"></b>

Rusiyanın müdafiə naziri Sergey Şoyqu NATO aviasiyasının Rusiya sərhədlərindəki aktivliyini şərh edib.
 
APA-nın Moskva müxbirinin məlumatına görə, nazir Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda keçirilən “Beynəlxalq hərbi-siyasi və hərbi-iqtisadi əməkdaşlıq: müasir tendensiyalar” adlı Ümumrusiya Gənclər Forumunun açılışında çıxışında bildirib ki, NATO aviasiyasının kəşfiyyat xarakterli uçuşlarının fəallığı son vaxtlar kəskin artıb: “On il ərzində sərhədlərimizdə şimal alyansı aviasiyasının kəşfiyyat uçuşlarının ümumi sayı üç dəfə artıb, təkcə cənub-qərbdə isə səkkiz dəfə artıb. Müqayisə üçün 1990-cı illərdə belə uçuşların sayı 107, 2000-ci illərdə 289, 2016-cı ildə isə 875 olub”. 

S. Şoyqu qeyd edib ki, Qara dənizdə NATO-nun raketlərlə silahlanmış hərbi gəmiləri daha çox peyda olur: “Şimali Atlantika İttifaqının rəhbərliyi əvvəlki kimi bizimlə əməkdaşlığın bütün formalarından imtina kursunu saxlayırlar və özlərini Rusiya təhlükəsi ilə qorxutmağa davam edirlər”.

 





21.02.2017    çap et  çap et