525.Az

Kamal Abdullayevdən "Dilçi olmayanlar üçün dil dərsi"


 

Kamal Abdullayevdən "Dilçi olmayanlar üçün dil dərsi"<b style="color:red"></b>

Beynəlxalq Ana Dili Günü (21 fevral) münasibətilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda Himayəçilik Şurasının üzvü, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayevin "Dilçi olmayanlar üçün dil dərsi" keçirilib.

Fonddan 525.az-a verilən məlumata görə, tədbirdə Musiqi Akademiyası, Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri, AMEA-nın müxtəlif institutlarının nümayəndələri iştirak ediblər.

Azərbaycan dilinin zənginliyindən, incəliyindən və geniş imkanlarından bəhs edən akademik dilimizin yayılma arenasının genişliyindən söz açıb: “Bu gün Azərbaycan dili dövlət dili olaraq Azərbaycan ərazisində yaşayan bütün xalqların doğma dilidir”.

Ulu öndər Heydər Əliyevin Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində gördüyü işlərdən danışan dövlət müşaviri bildirib ki, bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dili kimi tətbiqi, diplomatiya sahəsində işlənməsi, dünyanın ən mötəbər tribunalarından eşidilməsi Heydər Əliyevin əsasını qoyduğu dil siyasəti ilə bağlıdır.

İnteraktiv formada səmimi şəraitdə keçən görüşdə akademik K.Abdullayev gənclərin çoxsaylı suallarını cavablandırıb.

 





21.02.2017    çap et  çap et