525.Az

Lavrov və Tillerson ikitərəfli münasibətləri müzakirə etdilər


 

Lavrov və Tillerson ikitərəfli münasibətləri müzakirə etdilər<b style="color:red"></b> Rusiya XİN rəhbəri Sergey Lavrov və ABŞ dövlət katibi Reks Tillerson telefon danışığı keçirilib.

APA-nın Rusiya XİN-nə istinadən verdiyi xəbərə görə, diplomatlar iki ölkə arasındakı münasibətləri müzakirə ediblər. 
 
Telefon danışığının ABŞ tərəfinin təşəbbüsü ilə baş tutduğu bildirilir. 
 
“Dövlət katibi Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkinin vəfatı ilə bağlı ölkə rəhbərliyinin adından başsağlığı verib. Həmçinin,  ikitərəfli və beynəlxalq miqyaslı aktual  məsələlər müzakirə edilib”, - deyə məlumatda bildirilir.
 





22.02.2017    çap et  çap et