525.Az

Paraqvay prezidentini seçdi


 

Paraqvay prezidentini seçdi<b style="color:red"></b>

Paraqvayda aprelin 21-də keçirilmiş prezident seçkisinin ilkin nəticələri açıqlanıb.
 
Seçki Komissiyasının məlumatına görə, biznesmen Orasio Kartes 45.9% səslə dövlət başçısı seçilib. Liberal Partiyasını təmsil edən Efrain Aleqre 36.8% səslə ikinci olub və məğlubiyyətini etiraf edib.

Əvvəlki prezident Fernando Luqo 2012-ci ilin iyun ayında istefaya göndərilib və prezident səlahiyyətləri vitse-prezident Federiko Frankoya keçib.

mediaforum

 





22.04.2013    çap et  çap et